060919- 1....060919- “hematologiya” iхtisası üzrə rezidenturada həkim-mütəхəssis...

16
060919- Hematologiyaiхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 26.09.2011-ci il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmişdir ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060919- “HEMATOLOGİYA” İXTİSASININ TƏHSİL PROQRAMI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Rezidentura səviyyəsinin 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. 1.2. 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir. 1.3. İstifadə olunan işarələr: İTP–ixtisas üzrə təhsil proqramı ÜK ümummədəni kompetensiyalar PKpeşə kompetensiyaları (bilik və bacarıqlar) ÜFR ümumi fənnlər, rotasiyalar PFR peşə fənnlər, rotasiyalar ÜHM ümumi hazırlığı mövzuları PHM peşə hazırlığı mövzuları MH Mühazirə (auditoriya saatı) SM Seminar (auditoriya saatı) TM Təcrübə məşğələ (auditoriya saatı) As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi) P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi) İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi) S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 1.4. 060919 - «Hematologiya» ixtisasının xarakteristikası İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi: İxtisasın şifri və adı Verilən həkim- Təhsil müddəti Kreditlərin sayı

Upload: others

Post on 21-Oct-2020

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • 060919- “Hematologiya” iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri

    Azərbaycan Respublikası

    Səhiyyə Nazirliyinin Kollegiyasının

    26.09.2011-ci il tarixli,

    37 nömrəli qərarı ilə təsdiq edilmişdir

    ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI

    REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060919- “HEMATOLOGİYA” İXTİSASININ

    TƏHSİL PROQRAMI

    1. ÜMUMİ MÜDDƏALAR

    1.1. Rezidentura səviyyəsinin 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra

    ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa,

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil

    pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili

    Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na

    uyğun hazırlanmışdır.

    1.2. 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından

    asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura

    proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.

    1.3. İstifadə olunan işarələr:

    İTP–ixtisas üzrə təhsil proqramı

    ÜK – ümummədəni kompetensiyalar

    PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)

    ÜFR – ümumi fənnlər, rotasiyalar

    PFR – peşə fənnlər, rotasiyalar

    ÜHM – ümumi hazırlığı mövzuları

    PHM – peşə hazırlığı mövzuları

    MH – Mühazirə (auditoriya saatı)

    SM – Seminar (auditoriya saatı)

    TM – Təcrübə məşğələ (auditoriya saatı)

    As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

    P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

    İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

    S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

    1.4. 060919 - «Hematologiya» ixtisasının xarakteristikası

    İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

    İxtisasın şifri və adı Verilən həkim- Təhsil müddəti Kreditlərin sayı

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    2

    mütəxəssis ixtisası

    060919 - “Hematologiya” Həkim-hematoloq 3 il 180

    2. HƏKİM-HEMATOLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİLİYİ

    (KOMPETENSİYASI)

    2.1. Həkim-hematoloqun ixtisas xarakteristikası

    Hematologiya - insanın qan sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasına yönəlmiş

    tibbi elm sahəsidir. Həkim-hematoloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o

    cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.

    2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər

    2.2.1. Həkim-hematoloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:

    ÜFR-01 BAZA TƏHSİLİ

    Ümumi bilik və bacarıqlar

    ÜFR01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini icra etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik

    etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ

    hüquqi aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;

    ÜFR01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif

    metodlarını tətbiq etməyi bacarmalıdır;

    ÜFR01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və hematoloji xidmət göstərən müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;

    ÜFR01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili əmrlərlə təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;

    ÜFR01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq

    etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət

    göstərməlidir;

    ÜFR01.06. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi

    bacarmalıdır;

    ÜFR01.07. Tibbdə və hematologiyada etika və deontologiya əsasları;

    ÜFR01.08. Tibbi statistika və informatika.

    2.2.2. Həkim-hematoloq aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

    PFR-01. AMBULATOR TERAPİYA

    Peşə bilikləri

    PFR-01.01. Əhalinin kütləvi profilaktik müayinəsi zamanı hematoloji xəstəliklərin ( irsi qan xəstəlikləri, hemablastozların və s.) erkən aşkarlanma üsulları (skrininq metodlarla);

    PFR-01.02. Standart və qeyri-parametrik statistik təhlil üsullarının əsasları;

    PFR-01.03. Hematoloji xəstələrin dispanser müşahidəsi, profilaktik problemləri, talassemiyalı xəstələrin hipertransfuzion terapiyası;

    PFR-01.04. Тibbi hüququn əsasları və onların gündəlik həkim praktikasında tətbiq edilmə prinsipləri.

    PFR-01.05. Mülkü müdafiədə tibb xidmətinin təşkili və fəaliyyəti məsələləri, fövqəladə hallarda transfuzioloji xidmətin düzgün təşkil edilməsi;

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    3

    PFR-01.06. Profilaktikanın prinsipləri və variantları, onun təşkili və irsi qan xəstəliklərinin (hemoqlobinopatiyaların və s.) skrinninq üsulları ilə ölkənin müxtəlif regionlarında aşkar

    edilməsi metodları;

    Peşə bacarıqları

    PFR-01.07. Əmək qabiliyyətinin müvəqqəti və davamlı surətdə itirilməsi tibbi sosial ekspertizanın aparılması;

    PFR-01.08. Sanitar maarifləndirmənin forma və üsulları, xüsusən hemoqlobinopatiyali xəstələrin ailələri arasında tibbi maarifləndirmənin gücləndirilməsi;

    PFR-02. ÜMUMİ HEMATOLOGİYA

    Peşə bilikləri

    PFR-02.01. Hemopoezin öyrənilməsi, bu sistemin hematoloji xəstəliklərin patogenezi və terapiyasındakı rolu.

    PFR-02.02. Eritropoez və anemiyanın ümumi aspektləri;

    PFR-02.03. Hemoqlobinopatiyalar;

    PFR-02.04. Leykositlər: qranulositlər, monositlər, və onların xoşxassəli dəyişiklikləri;

    PFR-02.05. Limfositlər:limfopeniya və limfositozun differensial diaqnostikasının aspektləri;

    PFR-02.06. Dalaq, anatomiyası, qan sirkulyasiyası, funksiyaları, müayinə üsulları (palpasiya, biopsiya, patohistoloji müayinə, USM, KT, MRT); splenomeqaliya; hipersplenizm;

    splenoektomiya və splenoektomiya olunmuş pasientlərdə infeksyanın profilaktikası;

    PFR-02.07. Limfa düyünləri, anatomiyası, strukturu, funksiyaları, periferik limfoid toxumalar (MALT, Peyer düyünləri, tonzillər), limfadenopatiya, müayinə üsulları (palpasiya,

    biopsiya, patohistoloji müayinə, USM, KT,MRT);

    PFR-02.08. Pasientə ilkin yanaşma, anamnez və fiziki müayinə, hematoloji xəstəliklərin ümumi və klinik simptomları, hematoloji xəstəlikləri xarakterizə edən laborator və klinik

    göstəricilərin araşdırılması;

    PFR-02.09. Qanın ümumi göstəricilərinin interpretasiyası;

    PFR-02.10. Epoxal hematologiya (döl, yenidoğulmuş, hamilə və yaşlı şəxslərə hematoloji yanaşma);

    PFR-02.11. Anemiyalar. İrsi və qazanılmış anemiyaların differensial diaqnostikası;

    PFR-02.12. Hemoblastozların etiologiyası və genetik aspektləri;

    PFR-02.13. Hemoblastozların protokol müayinə və müalicə prinsipləri ;

    Peşə bacarıqları

    PFR-02.14. Xəstəlik haqqında obyektiv informasiyanın formalaşdırılması;

    PFR-02.15. Aparıcı sindromu aşkar etmək;

    PFR-02.16. Xəstəliyin etiologiyasını və patogenetik mexanizmlərinin araşdırılması;

    PFR-02.17. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini (USM, KT, MRT, patohistoloji, immunohistokimyəvi və s.) təyin etmək;

    PFR-02.18. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

    PFR-02.19. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

    PFR-02.20. Müvafiq tibbi məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə etmək.

    PFR-03. KLİNİK VƏ LABORATOR MORFOLOGİYA

    Peşə bilikləri

    PFR-03.01. Periferik qanın morfoloji elementlərinin xarakteristikası

    PFR-03.02. Eritroid sıra hüceyrələrin morfologiyası, normal və patoloji eritrositlər;

    PFR-03.03. Qranulositar hüceyrələrin morfologiyası;

    PFR-03.04. Limfositlərin morfologiyası;

    PFR-03.05. Monositlər morfologiyası;

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    4

    PFR-03.06. Trombositlər;

    PFR-03.07. Sümük iliyinin stromal hüceyrələri (retikulositlər, fibroblastlar və fibrositlər, osteoblastlar);

    PFR-03.08. Kəskin leykozda blast hüceyrələrinin morfoloji xarakteristikası;

    PFR-03.09. Mieoloqrammanın klinik əhəmiyyəti;

    PFR-03.10. Anemiyalar zamanı periferik qanın və sümük ilyinin mənzərəsi (dəmir defisitli anemiya, posthemorragik anemiyalar, meqaloblast anemiyalar, hemolitik anemiyalar);

    PFR-03.11. Leykozlar zamanı periferik qanın və sümük iliyinin mənzərəsi;

    PFR-03.12. Digər xəstəliklər (trombositopenik purpura, aqranulositoz, ksantomatoz, Qoşe xəstəliyi, Niman-Pikk xəstəliyi) zamanı periferik qanın və sümük iliyinin mənzərəsi;

    PFR-03.13. Parazitar xəstəliklər ( malyariya, leyşmanioz və s.) zamanı periferik qanda və sümük iliyində baş verən dəyişikliklər;

    Peşə bacarıqları

    PFR-03.14. Eritrositlərin sayılması, eritrositlərin həcminin, formasının hemoqlobinlə doymasının təyini;

    PFR-03.15. Leykositar formulanın əl üsulu ilə sayılması;

    PFR-03.16. Trombositlərin sayılması;

    PFR-03.17. Bazofil və eozinofillərin sayılması;

    PFR-03.18. Sümük iliyi yaxması hüceyrələrin sayılması;

    PFR-03.19. Leykoeritroblastik indeksin təyini;

    PFR-03.20. Neytrofillərin sümük iliyi indeksinin təyini;

    PFR-03.21. Eritroblastların yetışmə indeksinin təyini;

    PFR-04. KLİNİK VƏ LABORATOR İMMUNOLOGİYA

    Peşə bilikləri

    PFR-04.01. Immunitet haqqında anlayış;

    PFR-04.02. Immunitetin mərkəzi və periferik üzvləri;

    PFR-04.03. Immunokompitet hüceyrələr;

    PFR-04.04. Immunoloji reaktivlik, spesifik və qeyri-spesifik immun reaksiyalar;

    PFR-04.05. Antigenə ilkin cavab, antigenin prossesinqi və prezentasiyası;

    PFR-04.06. Hiperhəssaslığın növləri (I,II,III,IV-cü tip) sitoloitik və sitotoksik reaksiyalar;

    PFR-04.07. Humoral və hüceyrə immuniteti;

    PFR-04.08. Immunoloji yaddaş;

    PFR-04.09. Transplantasion immunitet, HLA sistemi üzrə tipləşdirmə, donor və resipientin tipləşdirilməsi. Sümük iliyinin transplantasiyası önü immunosupresssiv tədbirlərin

    görülməsi;

    PFR-04.10. Transplantant sahibə resipientə qarşı (GVHD);

    PFR-04.11. Transplantatın qopma reaksiyası və aradan qaldırılması üçün profilaktik tədbirlərin aparılması;

    PFR-04.12. Yenidoğulmuşların hemolitik xəstəliyinin patogenezi;

    PFR-04.13. Hamilələrdə rezus konfilikt, patogenetik mexanizmi, diaqnostikası, profilaktikası;

    PFR-04.14. CD markerlər, CD markerlərin diaqnostik əhəmiyyəti;

    PFR-04.15. Hemoblastoz və hemotasarkomaların diaqnostikasında immunofenotipləşmənin əhəmiyyəti;

    Peşə bacarıqları

    PFR-04.16. Qan qrupunun və rezus faktorun soliklonlardan istifadə etməklə təyini;

    PFR-04.17. Qan qruplarına və rezus faktora qarşı anticisimlərin təyini, hemolitik anemiyalarda düz və qeyri düz Kumbs reaksiyasının tətbiqi;

    PFR-04.18. Saxaroza və xem sınaqlarının klinik istifadəsinin klinik hematologiyada rolu;

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    5

    PFR-04.19. Blast hüceyrələrinin axınlı sitoflorometr üsulu ilə immunofenotipləşdirilməsi və bu metodun klinik əhəmiyyəti;

    PFR-04.20. Immunohistokimyəvi metodun hemotosarkomaların diaqnostikasında rolu;

    PFR-04.21. Hemoblastoz və hemotasarkomaların diaqnost

    PFR-04.22. Müasir immunoloji analizatorlardan istifadə qaydasının mənimsənilməsi;

    PFR-04.23. Hematologiyada sitogenetik və molekulyar diaqnostikanın əhəmiyyəti;

    PFR-04.24. Ph (Filadaelfiya) xromosomunun təyini;

    PFR-04.25. Minimal rezidual xəstəliyin diaqnostikası və müasir müalicə metodları;

    PFR-05. İNTENSİV TERAPİYA VƏ REANİMASİYA

    Peşə bilikləri

    PFR-05.01. Təxirəsalınmaz yardım və ümumi reanimasiyanın əsas müddəaları;

    PFR-05.02. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun xüsusiyyətləri;

    PFR-05.03. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da terminal vəziyyətini göstərən əsas klinik əlamətlər;

    PFR-05.04. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya xüsusiyyətləri;

    PFR-05.05. Hospitalizasiya mərhələsində reanimasiya xüsusiyyətləri;

    PFR-05.06. Uğurlu reanimasiyadan sonrakı intensiv terapiya;

    PFR-05.07. Hematoloji klinikada intensiv terapiya və reanimasiya xidmətinin təşkili, intensiv terapiya və reanimasiya palatalarının təchizatı;

    PFR-05.08. Damardaxili laxtalanma sindromu zamanı intensiv terapiya;

    PFR-05.09. Respirator distress sindrom zamanı intensiv terapiya;

    PFR-05.10. Postsitostatik sitopeniyalar zamanı intensiv terapiya;

    PFR-05.11. Posttransuzion ağırlaşmalarda kəskin böyrək çatışmazlığı və mielom nefropatiyası zamanı hemodializ;

    Peşə bacarıqları

    PFR-05.12. Ürəyin qapalı masajı;

    PFR-05.13. Ürəyin elektrik defibrilyasiyası;

    PFR-05.14. Ağciyərlərin süni ventilyasiyası;

    PFR-05.15. Tənəffüs yollarının keçiriliciyini bərpa etmək;

    PFR-05.16. Traxeyanın intubasiyası;

    PFR-05.17. Oksigenasiya;

    PFR-05.18. Periferik damarların punksiyası;

    PFR-05.19. Magistral damarların kateterizasiyası və punksiyası;

    PFR-05.20. Dərman maddələrinin yeridilməsinin bütün üsulları;

    PFR-05.21. Qanın, qan komponentlərinin və qan əvəzedici məhlulların köçürülməsi;

    PFR-05.22. Nəzəri biliklə yanaşı aşağıdakı praktik vərdişlərin yerinə yetirilməsi;

    PFR-05.23. Arteriyaseksiya və veneseksiya edilməsi;

    Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    PFR-05.24. Ağciyərlərin süni ventilyasiyası 40 (P)

    PFR-05.25. Endotraxeal intubasiyanın üsulları 25 (P)

    PFR-05.26. Tənəffüs yollarının keçiriliciyini bərpa edilməsi 25 (P)

    PFR-05.27. Periferik damarların punksiyası 100 (P)

    PFR-05.28. Ürəyin qapalı masajı 20 (P)

    PFR-05.29. Arteriyaseksiya və veneseksiya edilməsi 20 (P)

    PFR-06. HEMOSTAZ

    Peşə bilikləri:

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    6

    PFR-06.01. Qanın laxtalanma sistemi, normal hemostaz;

    PFR-06.02. Hemostazın pozğunluqları, damar divarı və trombositlərin hemostazda rolu;

    PFR-06.03. Hemostazın inisiasiya və propaqasiyası;

    PFR-06.04. Koaqulyasia faktorlarının anadangəlmə çatışmazlıqları;

    PFR-06.05. Koaqulyasiyanın qazanılma pozğunluqları, Hemofiliya A, B klinika, genetika, diaqnostika, müalicə;

    PFR-06.06. Von Villebrand xəstəliyi, Bernard Soulier, Qlanzman xəstəliyi klinika, genetika, diaqnostika, müalicə;

    PFR-06.07. Fibrinolitik sistem;

    PFR-06.08. Trombositlər və trombositlərin çatışmazlıqları;

    PFR-06.09. Tromboz və trombofiliya;

    PFR-06.10. Antikoaqulyasiya ;

    Peşə bacarıqları:

    PFR-06.11. Qanaxma müddəti və qanama müddətinin təyini;

    PFR-06.12. PT (Protrombin vaxtı), APTT (Aktivləşmiş hissəvi tromboplastin vaxtı) təyini;

    PFR-06.13. Faktor testləri ( faktor VIII:C və faktor VIII:C inhibitor testləri), daşıyıcılığın təyin olunması;

    PFR-06.14. Fibrinogen testləri;

    PFR-06.15. Trombositlərin aqqreqasiyası (ristosetin, ADP);

    PFR-07. HEMOPOEZ

    Peşə bilikləri:

    PFR-07.01. Hemopoezin əsas mərhələləri, əsas mərhələlərin öyrənilməsi;

    PFR-07.02. Hemopoez göstəricilərinin qiymətləndirilməsi, klinik əhəmiyyəti.

    PFR-07.03. Hemopoezin requlyasiyasında inkişaf faktorların patogenetik mexanizminin öyrənilməsi və istifadəsi;

    PFR-07.04. Patohistoloji müayinələrin istifadəsi və klinik əhəmiyyəti;

    PFR-07.05. Hemopoezdə mikromühütün əhəmiyyəti və onun dəyərləndirməsi;

    Peşə bilikləri:

    PFR-07.06. Sitoloji müayinələrin klinik dəyərləndirilməsi;

    PFR-07.07. Sitoloji müayinə zamanı müxtəlif cihaz və analizatorlardan isifadə edilməsi;

    PFR-07.08. Hematologiyada sitogenetik və molekulyar diaqnostikanın əhəmiyyəti;

    PFR-07.09. Ph xromosomunun təyini;

    PFR-07.10. Minimal rezidual xəstəliyin diaqnostikası və müasir müalicə metodları;

    PFR-07.11. Sitokimyəvi reaksiyaların leykozların diaqnostikasında əhəmiyyəti;

    PFR-07.12. Morfoloji və sitokimyəvi metodlardan istifadə etməklə kəskin leykozların FAB klassifikasiyası üzrə təsnifatı;

    PFR-07.13. Patohistoloji müayinələrin (trepanobioptatın, limfatik düyün və digər toxumaların) hemablastozların (limfomalar, xroniki mieloproliferativ xəstəliklər: essensial

    trombositemiya, ostemielofibroz və s.) və hemodepressiyanın ( aplastik anemiya və s.)

    diqnostikasındakı rolu.

    PFR-07.14. Sitogenetik müayinə üsullarından istifadə etməklə kəskin leykozların xromosom obberasiyalarının aşkarlanması, proqnostik qiymətləndirilməsi;

    PFR-07.15. Ph xromosomun xroniki mieloleykozun diaqnostikasındakı əhəmiyyəti;

    PFR-07.16. Molekulyar diaqnostika üsullarında istifadə etməklə xroniki mieloleykozda bcr/abl geninin aşkarlanmasının patogenetik rolu.

    PFR-07.17. Xronik mieloproliferativ xəstəliklərdə (essensial trombositemiya, mielobibroz) və mielodisplaziyalarda JAK 20 və JAK 2 geninin diaqnostik əhəmiyyəti və patogenetik

    müalicənin tətbiqindəki rolu.

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    7

    PFR-07.18. Kəskin leykozun klinik –hematoloji remissiya dövründə molekulyar diaqnostika metodundan istifadə etməklə minimal rezidual xəstəliyin diaqnosikası və erkən

    residivlərin profilaktikasında rolu.

    PFR-08. TRANSFUZİOLOGİYA

    Peşə bilikləri:

    PFR-08.01. Qan qrupları , rezus faktor, uyğunluq testləri;

    PFR-08.02. Donorluq, qan komponentlərin utilizasiyası və konservasiyası;

    PFR-08.03. Qan köçürməsinə göstərişlər, qırmızı qan məhsullarının növlərı (tam qan, eritrositar kütlə, leykositlərdən filtrasiya olunmuş eritrositar kütlə;

    PFR-08.04. Trombositlar kütlənin transfuziyası, göstərişlər;

    PFR-08.05. Təzə dondurulmuş plazma transfuziyası, göstərişlər;

    PFR-08.06. Digər qan məhsulları (VIII, IX, XIII, VII faktorlar, protein C, antitrombin) ;

    PFR-08.07. Albumin məhlulları və immunoqlobulinlər;

    PFR-08.08. Transfuzion reaksiylar, ağırlaşmalar, profilaktikası, təxirəsalənmaz yardım;

    Peşə bacarıqları:

    PFR-08.09. Qan qruplarının və rezus faktorun təyini, uyğunluq testləri;

    PFR-08.10. Qan komponentlərinin transfuziyası;

    PFR-08.11. Hemotransfuziyanın ağırlaşmaları zamanı kəskin böyrək çatışmazlığı, təxirəsalınmaz yardım, hemodializ;

    Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    PFR-08.12. Qan köçürdməsi 100(P)

    PFR-08.13. Qan komponentlərinin transfuziyası 100(P)

    PFR-09. PEDİATRİK HEMATOLOGİYA

    Peşə bilikləri:

    PFR-09.01. Neonatal hematologiya;

    PFR-09.02. Uşaqlarda anemiyaya diaqnostik yanaşma;

    PFR-09.03. Oraqvari hüceyrə anemiyası;

    PFR-09.04. Talassemiya sindromları;

    PFR-09.05. Uşaqlarda leykozlara yanaşma;

    PFR-09.06. Uşaqlara limfomalar;

    PFR-09.07. Histositoz (langerhans histositozu, hemofaqositar sindromlar);

    PFR-09.08. Hemoblastozların protokol diaqnostikası və müalicəsi;

    Peşə bacarıqları:

    PFR-09.09. Uşaqlarda hemoblastozlarda istifadə edilən protokol müalicələrin mənimsənilməsi;

    PFR-09.10. Talassemiyalı xəstələrdə hipertransfuzion rejimin istifadəsi;

    PFR-09.11. İrsi qan xəstəliklərində splenoektamiyaya göstəriş;

    PFR-09.12. İrsi qan xəstəiklərinin aşkar edilməsində istifadə olunan skrininq üsullarının öyrənilməsi;

    PFR-09.13. Yenidoğulmuşlarda hemolitik xəstəliyinin patogenezi, təxirəsalınmaz yardımım göstərilməsi;

    PFR-09.14. Koaqulopatiyalar diaqnostikası. Hemofiliyanın diaqnostikası, residivlərin qarşısının alınması üçün profilaktik tədbirləin aparılması;

    PFR-09.15. Fankoni və digər irsi qan xəstəliklərinin diaqnostikası, müalicə tədbirlərinin yerinə yetririlməsi;

    PFR-10. AMBULATOR HEMATOLOGİYA

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    8

    Peşə bilikləri:

    PFR-10.01. Hematoloji ambulator xəstələrin (uşaqlar da daxil olmaqla) aparılmasını, eləcə də bütün yaş qruplarında ekspertizanı;

    PFR-10.02. Kəskin leykozların protokol üzrə saxlayıcı terapiyasının aparılmasının prinsipləri;

    Peşə bacarıqları:

    PFR-10.03. Sağlam şəxslər və xəstələr arasında keyfiyyətli tibbi maarifləndirmə işini aparmağı.

    PFR-11. KLİNİK HEMATOLOGİYA

    Peşə bilikləri:

    PFR-11.01. Anemiyalar (dəmir defisitli anemiya, sideroblastik anemiya, meqaloblast anemiya, hemolitik anemiyalar) etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.02. Sümük iliyinin çatışmazlığı (aplastik anemiya, təmiz qırmızı hüceyrəli aplaziya, anadangəlmə diseritropoetik anemiyalar), etiologiya, patogenez, diaqnostika və

    müalicəsi;

    PFR-11.03. Irsi hemoqlobinopatiyalar və fermentopatiyalar, genetikası, patogenez, diaqnostika mülicə;

    PFR-11.04. Hemoblastozlar, etiologiya, patogenez, əsas mexanizmlər. Maliqnant transformasiyanın mexanizmləri.

    PFR-11.05. Hemoblastozların FAB və ÜST-2008 klassifikasiyası;

    PFR-11.06. Kəskin limfoblast leykoz ,etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.07. Kəskin mieloblast leykoz, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.08. Xronik limfoblast leykoz, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.09. Xronik mieloblast leykoz, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.10. Mielodisplaziya, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.11. Monoklonal qammopatiyalar, mieloma xəstəliyi, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.12. Limfomalar (Hoçkin və qeyri-Hoçkin) klassifikasiyası, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.13. Mieloproliferativ xəstəliklər ( polisitemiya, essensial trombositemiya, mielofibroz)

    PFR-11.14. Hemostazın qazanılma və anadangəlmə pozğunluqları, etiologiya, patogenez, diaqnostika və müalicəsi;

    PFR-11.15. Digər xəstəliklər ( böyrək, qaraciyər, xronik xəstəliklər anemiyası, birləşdirici toxuma xəstəlikləri, endokrin xəstəliklər, infeksiyalar, amiloid) və hamiləliyin hematoloji

    aspektləri.

    Peşə bacarıqları:

    PFR-11.16. Kəskin leykozların klinik meyarları, onların dəyərləndirilməsi, diaqnostik əhəmiyyəti;

    PFR-11.17. Limfoproliferativ xəstəliklərin klinikası və differensial diaqnostikası;

    PFR-11.18. Xroniki mieloproliferativ xəstəliklərdə oxşar və fərqləndirici klinik əlamətlərin differensal diqnostikadakı rolu;

    PFR-11.19. Monoklonal qammopatiyaların klinik əlamətləri, fərqləndirici cəhətlər;

    PFR-11.20. Aplastik anemiyanın klinikası, diaqnostikası;

    PFR-11.21. Qanın laxtalanma sistemində baş verən dəyişikliklər, differensial diaqnostika, müalicə;

    PFR-11.22. Sitoloji müayinə metodlarının qanın sistem xəstəliklərinin diaqnostikasındakı rolu, bu nəticələrin klinik dəyərləndirilməsi;

    PFR-11.23. Immunoloji müayinələrin nəticələrinin hemmotoloji xəstəliklərin diaqnostikasındakı rolu;

    PFR-11.24. Müasir instrumental müayinə üsullarının (USM, KT, MRT) hemotoloji xəstəliklərin diaqnostik əhəmiyyəti;

    PFR-11.25. Leykozların müasir protokol müalicəsinin aparılmasının mənimsənilməsi;

    PFR-11.26. Hematosarkomaların mərhələlərinin təyini və bundan asılı olaraq müasir müalicə protokollarının tətbiqinin mənimsənilməsi;

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    9

    PFR-11.27. Xroniki mieloproliferativ xəstəliklərin inkişaf fazasından asılı olaraq terapevtik üsulların tətbiqi;

    PFR-11.28. Monoklonal qammopatiyaların mərhələsindən asılı olaraq sitostatik terapiyanın, antiangion müalicənin, yerli radioterapiyanın istifadəsinin mənimsənilməsi;

    PFR-11.29. Aplastik anemmiyaların müalicəsində sandimun, antilimfositar qlobulin, splenoektomiyanın rolu;

    PFR-11.30. Sitostatik terapiyadan sonra baş verən ainfeksion və hemorragik sindromlar zamanı düzgün kombinə olunmuş antibakterial və hemostatik terapiyanın ( trombositar

    kütlə,TDP və s.) tətbiqinin mənimsənilməsi;

    PFR-11.31. Qanın sistem xəstəlikləri (kəskin leykozlar, limfomalar, xroniki mieloproliferativ xəstəliklər, sümük iliyinin depressiyası), Fankoni anemiyasında sümük iliyinin

    transplantasiyasına göstəriş və həyata keçirilməsi;

    PFR-11.32. Qanın ümumi təhlili və mieloqrammanın interpretasiyası;

    PFR-11.33. Terapevtik və profilaktik tədbirlərin effektiv icra olunması;

    PFR-11.34. Digər mütəxəssislərlə effektiv konsultasiyanın aparılması;

    Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    PFR-11.35. Sternal punksiya 40(P)

    PFR-11.36. Trepanobiopsiya 20(P)

    PFR-11.37. Lumbal punksiya və sitostatiklərin intratekal yeridilməsi 50 (P)

    PFR-11.38. Plazmaferez (membran, sentrifuqa) 200 (P/As)

    PFR-11.39. Kaskad Plazmaferez 40 (P/As)

    PFR-11.40. İmunoferez 40 (P/As)

    PFR-11.41. Hemosorbsiya 50 (P/As)

    PFR-12. KİMYƏVİ DƏRMAN MÜALİCƏSİ VƏ ŞUA TERAPİYA

    Peşə biliklərı:

    PFR-12.01. Hematoloji xəstəliklərin kimyəvi dərman müalicəsində istifadə olunan preparatlar, təsir mexanizmləri, yeridilmə üsulları. Kimyaterapiyanın yan təsirləri, ağırlaşmaları,

    ağırlaşmaların profilaktikası;

    PFR-12.02. Kimyəvi preparatların intratekal yeridilməsi;

    PFR-12.03. Rezident şüa müalicəsinin növlərini, prinsiplərini, metodlarını və təsir mexanizmini, şüalanmanın doza və rejimlərini, şüa müalicəsinə göstəriş və əks göstərişləri, şişlərin

    radiohəssaslığı və onun artırılması yollarını, şüa reaksiyalarını və ağırlaşmalarını, onların

    profilaktika və müalicəsini bilməlidir;

    Peşə bacarıqları:

    PFR-12.04. Kimyəvi pereparatların ekstravazasiyası zamanı ilk yardım;

    PFR-12.05. Kimyaterapiyanın fəsadlarının profilaktikası və mualicəsi;

    PFR-12.06. Kimyəvi preparatların intratekal yeridilməsi;

    Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    PFR-12.07. Şua terapiya aparılması 250 (P) 350 (As).

    PFR-12.08. Kimyaterapiyanın fəsadlarının mualicəsi 50 (P/As)

    PFR-13. SÜMÜK İLİYİNİN TRANSPLANTASİYASI

    Peşə biliklərı:

    PFR-13.01. Sümük iliyi köçürməsinə göstərişlər;

    PFR-13.02. Transplantantın növləri: allotransplant, autotransplant, cift qanı;

    PFR-13.03. HLA uyğunluq;

    PFR-13.04. Kök hüceyrələrin toplanması;

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    10

    PFR-13.05. Kök hüceyrələrin hazırlanma və saxlanılma rejimləri (mieloblativ, qeri- mieloblativ, az intensivlikli);

    PFR-13.06. Sümük iliyi transplantasiyasının erkən (mukozit, GVHD, venookluziv xəstəlik, transplantasiya ilə əlaqəli ağciyərlərin zədələnməsi və s.) və gec fəsadləarı (xronik

    GVHD və s.);

    Peşə bacarıqları:

    PFR-13.07. Kök hüceyrələrin toplanması;

    PFR-13.08. Kök hüceyrələrin hazırlanması;

    PFR-13.09. Kök hüceyrələrin transfuziyası;

    Həkim-hematоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    PFR-13.10. Kimyaterapiyanın fəsadlarının mualicəsi 50 (P/As)

    PFR-13.11. Sümük iliyi transplantasiyası 25 (P/As)

    3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR

    3.1. Peşə fəaliyyətinin xarakteristikası

    Həkim - hematoloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika,

    diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış hematoloji

    yardımın göstərilməsinə hazır olmalıdır.

    3.1.1. Həkim hematoloqun peşə fəaliyyətinin əsas istiqamətləri:

    - praktiki tibbi;

    - elmi-tədqiqat;

    - təşkilati-inzibatçılıq;

    - elmi-pedaqoji sahə üzrə.

    3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

    3.1.2.1. praktik tibb sahəsi üzrə: (ÜFR-01.01- ÜFR01.08 və PFR-01.01 — PFR-13.11 bəndlər aiddir)

    3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:

    - hematoloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin rolunu qiymətləndirmə üsullarını bilməlidir;

    - elmi-tədqiqat işlərini planlaşdırmalıdır;

    - tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;

    - elmi-tədqiqat işini aparılmalıdır;

    - elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;

    - alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli, nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.

    3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:

    - səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri,

    beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi,

    həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün

    aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.

    - hematologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas

    profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə (hematologiya ixtisası profilinə

    görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi

    texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.

    - peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə yiyələnməlidir.

    3.1.2.4. elmi-pedaqoji sahə üzrə:

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    11

    - orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və

    s.)

    3.2. 060919 - «Hematologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların

    mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə

    tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).

    Fənn

    bölümünün

    kodu

    Fənn bölümünün (tematik rotasiyasının)

    adı (bilik, bacarılıq və vərdişlər

    baxımından)

    Kreditlərin

    sayı

    Qazanılması nəzərdə

    tutulan kompetensiyaların

    kodları

    Ümumi hazırlığı fənnləri: 4

    ÜFR-01 Baza təhsili 4 ÜFR-01.01—ÜFR-01.08

    Peşə fənnləri və rotasiyaları: 176

    PFR-01 Ambulator terapiya 5 PFR-01.01—PFR-01.08

    PFR-02 Ümumi hematologiya 13 PFR-02.01—PFR-02.20

    PFR-03 Klinik və laborator morfologiya 6 PFR-03.01—PFR-03.21

    PFR-04 Klinik və laborator immunologiya 5 PFR-04.01—PFR-04.25

    PFR-05 İntensiv terapiya və reanimasiya 10 PFR-05.01—PFR-05.29

    PFR-06 Hemostaz 5 PFR-06.01—PFR-06.15

    PFR-07 Hemopoez 3 PFR-07.01—PFR-06.18

    PFR-08 Transfuziologiya 5 PFR-08.01—PFR-08.11

    PFR-09 Pediatrik hematologiya 10 PFR-09.01—PFR-09.15

    PFR-10 Ambulator hematologiya 8 PFR-10.01—PFR-10.03

    PFR-11 Klinik hematologiya 55 PFR-11.01—PFR-11.37

    PFR-12 Kimyəvi və şua terapiya 17 PFR-12.01—PFR-12.08

    PFR-13 Sümük iliyinin transplantasiyası 5 PFR-13.01—PFR-13.09

    Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 16

    Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 8

    Dövrü və yekun attestasiya 5

    Cəmi 180

    3.3. 060919- “Hematologiya”iхtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil

    prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə

    açıqlanır).

    Əsas tədris fənnləri/mövzuları Cəmi 3 illik

    MH SM TM

    ÜHM Ümumi hazırlığı mövzuları:

    ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 0

    ÜHM – B 02 Tibbi statistika və informatika 4 2 0

    PHM Peşə hazırlığı mövzuları:

    PHM – B 03 Qanyaradıcı sistem. Qanın elementləri. 4 2 0

    PHM – B 04 Kliniki və laborator morfologiya 3 5 2

    PHM – B 05 Ambulator terapiya 4 2 0

    PHM – B 06 Klinik və laborator immunologiya 6 6 4

    PHM – B 07 Hemostaz 8 5 7

    PHM – B 08 İntensiv terapiya və reanimasiya 11 11 10

    PHM – B 09 Transfuziologiya 9 7 3

    PHM - B 10 Anemiyalar 6 10 0

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    12

    PHM - B 11 Kəskin leykoz 30 35 30

    PHM - B 12 Xroniki leykoz 30 35 25

    PHM - B 13 Mieloproliferativ xəstəliklər 20 20 15

    PHM - B 14 Monoklonal qammapatiyalar 20 17 18

    PHM - B 15 Limfomalar 20 20 15

    PHM - B 16 Digər oran və sistemlərin xəstəlikləri zamanı baş verən

    hematoloji sindromlar 10 10 25

    PHM - B 17 Kimyəvi dərman müalicəsi və hematologiyada klinik

    farmokologiya 20 10 20

    PHM - B 18 Digər hematoloji xəstəliklər 20 10 20

    PHM - B 19 Transplantologiya 8 8 6

    Cəmi 237 217 200

    3.4. 060919 - «Hematologiya» ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə yetirilməsinin müddəti:

    Ümumi həftələrin sayı – 156 həftə

    - əmək məzuniyyəti – 12 həftə

    - təlim həftələrinin sayı – 144 həftə

    o cümlədən:

    - kliniki təlim (praktiki və kliniki iş) – 120 həftə

    - nəzəri təlim – 14 həftə

    - təcrübələr (elmi-tədqiqat ) – 6 həftə

    - attestasiyalar – 4 həftə

    - növbətçilik - ayda 4 dəfədən az olmayaraq

    3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən

    müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.

    4. MADDİ-TEXNİKİ, TƏDRİS BAZASI VƏ KADR POTENSİALI

    4.1. 060919 - «Hematologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında

    nəzərdə tutulan həkim–hematoloqun hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi

    müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar hematoloji xəstələrin

    diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli

    maddi-texniki bazaya malik olmalıdır.

    4.2. 060919 - «Hematologiya» ixtisası üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza kimi

    müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər (rəhbər-

    kuratorlar) tərəfindən əyani formada aparılır.

    4.3. Həkim- hematoloqun hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:

    4.3.1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan

    yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.

    4.3.2. Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan

    professor-müəllim heyəti tədris edir.

    4.3.3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat

    müəssisəsinin heyəti rəhbərlik edə bilər.

    4.4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    13

    4.4.1. İntensiv terapiya və reanimasiya rotasiyası. Eksrpes-laborator avadanlıq, defibrillyator

    “demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, süni tənəffüs apparatı və zəruri

    vasitələr.

    4.4.2. Kliniki və laborator morfologiya rotasiyası. Müasir laborator avadanlıq.

    4.4.3. Klniki və laborator immunologiya rotasiyası: müasir laborator avadanlıq (axınlı

    sitoflometr, PCR ).

    4.4.4. Hemopoez rotasiyası: Müasir laborator avadanlıq.

    4.4.5. Hemostaz rotasiyası: Müasir laborator avadanlıq.

    5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI

    5.1. 060919 - «Hematologiya» ixtisası üzrə həkim- hematoloqun hazırlığı, nəzəri təlim, həkim

    hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, kuratorun

    rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və sairə formada

    öyrənilməsi ilə təmin olunur.

    5.2. 060919 - «Hematologiya» ixtisası üzrə həkim-kardioloqun hazırlığında elmi-tədqiqat və praktiki

    tibbi təcrübələr nəzərdə tutulur.

    5.3. Rezidentura ərzində 1 rezidentə görə hematoloji xəstəlikləri olan pasiyentlərin ən azı 950

    hospitallaşdırma halları və 1800 ambulator müraciəti olmalıdır. Onlardan:

    Ambulator Stasionar

    Ümumi hematologiya 80 60

    Klinik morfologiya 110 60

    Intensiv terapiya reanimasiya 0 70

    Hemostaz 70 20

    Transfuziologiya 210 100

    Pediatrik hematologiya 30 20

    Ambulator hematologiya 580 0

    Klinik hematologiya 340 250

    Kimyəvi dərman müalicəsi 380 320

    Transplantologiya 0 10

    Xəstələrin cəmi sayi 1800 950

    6. YEKUN DÖVLƏT ATTESTASİYASINA QOYULAN TƏLƏBLƏR VƏ

    QİYMƏTLƏNDİRMƏ

    6.1.1. 060919 - «Hematologiya» ixtisası üzrə fərdi iş planları rezidentura hazırlığını həyata keçirən

    müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında təsdiq edilir. Rezidentlər hər

    tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası)

    qarşısında hesabat verərək attestasiya olunur.

    6.1.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə

    Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır.

    6.1.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim-hematoloq” ali peşə-ixtisas dərəcəsi və dövlət

    nümunəli diplom verilir.

    7. 060919 - «HEMATOLOGİYA» İXTİSASI ÜZRƏ YEKUN ATTESTASİYA FORMATI

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    14

    7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və praktiki komponent üzrə həyata keçirilir. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya

    komissiyasının müəyyən etdiyi vaxtda həmin mərhələ üzrə təkrar yekun attestasiyadan keçirlər.

    7.2. Birinci mərhələ- Yazılı Komponent. Birinci mərhələdə rezident üç saat ərzində 100 test suala

    cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual

    vərəqəsi üzrə aparılır. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər yekun

    attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

    7.3. İkinci mərhələ - Praktiki Komponent. İkinci mərhələdə rezident tərəfindən 8 müxtəlif klinik

    hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və

    təhlili, müalicə tədbirlərin planlaşdırması və digər aspektlər aiddir. Klinik halların araşdırılması

    attestasiya komissiyası tərəfindən məqbul hesab edildikdə rezident yekun attestasiyanın ikinci

    mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunur.

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    15

    Əlavə 1. 060919 – “Hematologiya” iхtisası üzrə təhsil prоqramının strukturu (illər və saatlar üzrə)

    Əsas tədris fənnləri/mövzuları Cəmi 3 illik 1-ci il 2-ci il 3-cü il

    MH SM TM MH SM TM MH SM TM MH SM TM

    ÜHM Ümumi hazırlığı mövzuları:

    ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 0 6 4 2 0 0 0 0 0 0

    ÜHM – B 02 Tibbi statistika və informatika 4 2 0 2 4 2 0 0 0 0 0 0

    PHM Peşə hazırlığı mövzuları:

    PHM – B 03 Qanyaradıcı sistem. Qanın elementləri. 4 2 0 6 4 2 0 0 0 0 0 0

    PHM – B 04 Kliniki və laborator morfologiya 3 5 2 0 3 2 0 3 2 0 0 0

    PHM – B 05 Ambulator terapiya 4 2 0 4 4 2 0 0 0 0 0 0

    PHM – B 06 Klinik və laborator immunologiya 6 6 4 2 4 2 2 4 2 0 0 0

    PHM – B 07 Hemostaz 8 5 7 5 3 2 5 3 2 0 0 0

    PHM – B 08 İntensiv terapiya və reanimasiya 11 11 10 3 4 3 3 4 3 4 4 4

    PHM – B 09 Transfuziologiya 9 7 3 5 4 3 0 0 0 5 4 3

    PHM - B 10 Anemiyalar 6 10 0 6 6 10 0 0 0 0 0 0

    PHM - B 11 Kəskin leykoz 30 35 30 5 5 10 10 10 10 15 15 10

    PHM - B 12 Xroniki leykoz 30 35 25 5 5 5 10 15 5 15 15 10

    PHM - B 13 Mieloproliferativ xəstəliklər 20 20 15 5 5 5 5 5 5 10 10 5

    PHM - B 14 Monoklonal qammapatiyalar 20 17 18 10 10 7 10 10 8 0 0 0

    PHM - B 15 Limfomalar 20 20 15 10 10 10 10 10 5 0 0 0

    PHM - B 16 Digər oran və sistemlərin xəstəlikləri zamanı baş verən

    hematoloji sindromlar 10 10 25 0 0 0 10 10 15 0 0 0

    PHM - B 17 Kimyəvi dərman müalicəsi və hematologiyada klinik

    farmokologiya 20 10 20 0 0 0 10 0 10 10 10 0

    PHM - B 18 Digər hematoloji xəstəliklər 20 10 20 0 0 0 10 10 0 10 0 10

    PHM - B 19 Transplantologiya 8 8 6 0 0 0 0 0 0 8 8 6

    Cəmi 237 217 200 74 75 67 85 84 67 77 66 48

  • Hematologiya iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri-060919

    16

    Əlavə 2. 060919- “ Hematologiya” iхtisası üzrə tematik rotasiyaların strukturu ( həftələr və kreditlər üzrə)

    Fənn bölümünün kodu Fənn bölümünün (tematik rotasiyasının) adı Həftələr Kreditlər Həftələrin sayı Kreditlərin sayı

    1 il 2 il 3 il 1 il 2 il 3 il

    Ümumi hazırlığı fənnləri: 3 4 3 0 0 4 0 0

    ÜFR-01 Baza təhsili 3 4 3 0 0 4 0 0

    Peşə fənnləri və rotasiyaları: 142 176 39 40 39 49 51 50

    PFR-01 Ambulator terapiya 4 5 4 0 0 5 0 0

    PFR-02 Ümumi hematologiya 10 13 4 4 2 5 5 3

    PFR-03 Klinik və laborator morfologiya 5 6 2 3 0 2 4 0

    PFR-04 Klinik və laborator immunologiya 4 4 2 2 0 2 2 0

    PFR-05 Intensiv terapiya və reanimasiya 8 11 2 2 4 3 3 5

    PFR-06 Hemostaz 4 4 2 2 0 2 2 0

    PFR-07 Hemopoez 2 2 2 0 0 2 0 0

    PFR-08 Transfuziologiya 4 6 2 0 2 3 0 3

    PFR-09 Pediatrik hematologiya 8 11 2 2 4 3 3 5

    PFR-10 Ambulator hematologiya 6 8 2 3 1 3 4 1

    PFR-11 Klinik hematologiya 45 57 15 15 15 19 19 19

    PFR-12 Kimyəvi və şua terapiya 14 18 0 7 7 0 9 9

    PFR-13 Sümük iliyinin transplantasiyası 4 5 0 0 4 0 0 5

    Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 13 16 3 5 5 4 6 6

    Dövrü və yekun attestasiya 4 4 1 1 2 1 1 2

    Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 6 6 2 2 2 2 2 2

    Cəmi 144 180 48 48 48 60 60 60